ABŞ-da prezident seçkilərinin nəticələri yenilənib – STATİSTİKA

Son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 70 106 680 seçici səsi, Respublikaçıların namizədi Donald Tramp isə 67 356 298 səs qazanıb.

Hazırda Seçkiçilər Kollegiyasında Bayden 248 səs, Tramp isə 214 səs toplayıb. Qələbə üçün namizədlərdən biri 270 səs toplamalıdır.

**********
15.45

Viskonsin ştatında Co Bayden önə keçdi.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, səslərin 95 faizinin hesablandığı Viskonsin ştatında Co Bayden 0,2 faizlə önə keçib. Qeyd edək ki, Viskonsin ştatınıda qalib gələn namizəd daha 10 xal qazanacaq.

***10:18
ABŞ prezidentliyi uğrunda aparılan mübarizədən kim qalib çıxacaq?
Yeniavaz.com
xəbər verir ki, sayılan səslərə əsasən hazırda 11 xalla Bayden öndədir. Ancaq, səslərin sayılmadığı bəzi ştatlarda Trampın daha çox xal ala biləcəyi görünür. Belə ki, Viskonsin, Miçiqan, Pensilvaniya, Şimali Karolina, Corciya , Nevada ştatlarında hələlik səslər tam sayılmayıb. Ancaq, Alyaskada, 23 faiz, Viskonsinda 85 faiz, Miçiqanda 62 faiz, Pensilvaniyada 64 faiz, Şimali Karolinada 94 faiz, Corciyada 87 faiz, Nevadada 3 faiz səslər hesablanıb və Tramp öndədir. Arizona və Men ştatlarında isə Bayden öndədir. Əgər, Tramp öndə olduğu ştatlarda qalib çıxsa, təxminən 45-50 xal fərqlə yenidən ABŞ prezidenti seçiləcək.

DİGƏR XƏBƏRLƏR

Top