Hacı Əliyev: “Bir əsgər kimi döyüşməyə hazırıq” - VİDEO


Güləş üzrə dəfələrlə Dünya və Avropa çempionu Hacı Əliyev cəbhədə baş verən hadisələrlə bağlı CEMPİON.AZa danışdı. 
Həmin müsahibəni təqdim edirik:
Bir hərbçi kimi cəbhədə baş verənlər haqqında danışmağınızı istərdik. 
- Hazırda cəbhədə ağır döyüşlər gedir. Şəhidlər veririk. Ancaq buna baxmayaraq ordumuz uğurlu nəticələr əldə edir. Demək olar ki, hər gün cənab Prezident azad olunan yaşayış məntəqələrinin adlarını açıqalyaır. Bu sevindirici xəbərlərlə yanaşı şəhid xəbərləri də gəlir. Hərbçi qardaşlarımızın şəhid olması bizi üzür. Onlara Allahadan rəhmət diləyirəm. Ailələrinə və yaxılarına səbr arzulayıram. Hər bir azərbaycanlının borcudur ki, vətəni uğurunda sonuna qədər vuruşsun. 
 
Bu günlərdə bir sıra məşhurlar ordumuza dəstək olur. Siz dəstəyinizi necə bildirirsiniz? 
- Hərə bir cür öz dəstəyini bildirir. Kimi maddi cəhətdən, kimi də əsgərlərlə birlikdə döyüşməklə dəstək olur. Məncə, biz hər gün əsgələrimiz üçün dua etməliyik. Mən də öz dəstəyimi bildirmişəm. Biz nə etsək də əsgərlərimiz üçün azdır. Inanıram ki, ordumuz tezliklə işğal edilmiş torpaqlarımızı azad edəcək. 

Bu günlərdə cəbhə bölgəsində olmusunuz.... 
- Bəli. Mən bir neçə idmançı dostumla cəbhəyə getmişdik. Orada əsgərlərimizlə görüşdük. Həmişə onların yanınada olduğumuzu dedik. Mənimlə birlikdə Zabit Səmədov, Rəşad Sadıqov və Rafael Ağayev də ora getmişdi. Tofiq Musayev biz gedəndə artıq orada idi. Biz əsgərlərimizə bildirdik ki, bu gün az sayda gəlmişik. Ancaq hər zaman sizinlə birlikdə çiyin-çiyinə döyüşməyə hazırıq. Mən də, digər idmançılar kimi, Ali Baş Komandanın əmrini gözləyirəm, nə vaxt əmr verilsə, bir əsgər kimi döyüşməyə hazırıq. 

Bugünkü gənclər haqqında düşüncələriniz nədir? 
 - Gənclər bizim gələcəyimizdir. Müharibə elədir ki, gəncə və ya yaşlıya baxmır. Orada hər yaşdan olanlar iştirak edir. Onların arasında şəhid və qazi olanlar olur. Mən istəməzdim ki, 18, 19 yaşlı gənclərimiz şəhid olsun. Erkən yaşda olan gənclərimizi itirmək mənim üçün də ağırdır. O, şəhidlərin arsında gələcək generallar da ola bilər, çempionlar da ola bilər. Ancaq neyləmək olar ki, bu döyüşdür və biz hər şeyə hazır olmalıyıq. 

Artıq bir aydan çoxdur ki, döyüşlər davam edir. Bir idmançı kimi fikirləriniz maraqalıdır. Sizcə, qələbənin düsturu nədir? 
- Cəbhədə əsgərlərin yanında olduğumuz zaman mən bir neçə əsgərə sual vrdim ki, sizin nəyə ehtiyacınız var? Nə lazımdır sizə? Onlar dedilər ki, bizə heçnə lazım deyil. Biz buraya yalnız qələbə qazanmaq üçün gəlmişik, başqa heçnə düşünmürürk. Əsgərlərimizin üzündən onların necə həvəslə döyüşdükləri görünürdü. Mən onlara deməyə söz tapa bilmədim. 

Erməni rəqiblər üzərində qələbə qazanarkən hansı hissləri keçiririsiniz? 
- Mən dəfələrlə erməni güləşçilərlə qarşılaşmışam. Şükürlər olsun ki, heç vaxt onlara məğlub olmamışam. Mən istəməzdim idmanla siyasət eyniləşdirilsin. İdman tam ayrı sahədir. Bu günə qədər bizim idmançılarımız erməni idmançıları daha çox məğlub ediblər. Onlara qalib gəlmək çox gözəl hissdir. 

Son günlər cəbhədə baş verənlər hamımızı bir yumuruq kimi birləşdirib. Həmçinin bayrağımıza olan bağlılığımızı daha da artırıb. Bu baxımdan bayraq sizin üçün nədir? 
- Mən 2007-ci ildən bayraq dalğalandırıram. İlk dəfə Yeniyetmələr arasında Qara dəniz oyunlarında birinci oldum və orada Azərbaycan bayrağını dalğalandırdım və himnimizi səsləndirdim. Uşaqlıqdan qələbə kürsüsünə çıxanda, mənə görə Azərbaycan bayrağının dalğalanmasını görəndə çox sevinirdim. Bildiyimiz kimi, bayraq bir cənab Prezidentin xarici səfələri zamanı, bir də idmançılar qələbə qazananda yüksəkdə dalğalanır.  Bayraq bizim şərəfimizdir, qeyrətimizdir. 

Ön cəbhədə döyüşən əsgərlərimizə nə demək istərdiniz? 
- Əsgərlərimizə Allahdan güc diləyirəm. Bilsinlər ki, mən də daxil olmaqla, bütün Azərbaycan idmançıları əsgərlərimizlə birlikdə döyüşməyə hazırdır. Azərbaycan əsgərləri göstərdilər ki, biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Son günlər Bərdə və Gəncədə baş verən hadislər göstərdi ki, ermənilər müharibə etməyi bacarmırlar. Onlar xalq yox, terrorçudular.

DİGƏR XƏBƏRLƏR

Top