"Ermənistan hərbi qərargahlarını uşaq bağçasına köçürüb" – Hikmət Hacıyev


"Ermənistan işğal altında olan ərazilərdə hərbi qərargahlarını uşaq bağçasına köçürüb, hərbi əməliyyatları oradan idarə edir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinq zamanı deyib. O, bunun səbəbini belə açıqlayıb:
“Ermənistan rəhbərliyi bilir ki, Azərbaycan hərbi əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun aparır və xəstəxanaları, uşaq bağçalarını, məktəbləri hədəf almır”.

DİGƏR XƏBƏRLƏR

Top