Ağrı dağının Ermənistandan görünən hissəsi Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağrının bələdiyyə başçısı Savcı Sayan məlumat yayıb. Savcı Sayan sosial şəbəkədə fotoşopda hazırlanan fotonu paylaşaraq görüntününün tezliklə həyata keçiriləcəyini deyib.
“Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar”.