"Rəsmi mənbələrə istinad etmədən fikirlər söyləməkdən çəkinməyə çağırırıq"


"Müxtəlif VPN-lər vasitəsilə sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızı bir daha ayıq-sayıq olmağa və rəsmi mənbələrə istinad etmədən, yaxud da xəbəri daha öncə vermək məqsədilə açıqlamalar verməkdən və fikirlər söyləməkdən maksimum dərəcədə çəkinməyə çağırırıq".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:
"Çünki, hərhansı yoxlanılmamış məlumat və yaxud da əsgərlərimizin döyüş tapşırığı və onların yerləşmə yeri ilə əlaqədar hər hansı bir məlumatın vaxtından əvvəl verilməsi əsgərlərimizin həyatı bahasına başa gələ bilər".

DİGƏR XƏBƏRLƏR

Top