Rusiyadan Ermənistana nə daşınır? - VİDEO


Hər gün Rusiyanın müxtəlif şəhərlərindən Ermənistananın paytaxtı İrəvana bir-neçə sərnişin və yük təyyarəsi səfər edir.
Yeniavaz.com
sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, Moskvadan havaya qalxan növbəti yük təyyarəsi bu gün İrəvandakı “Zvartnos” hava limanına enib.
Təyyarədə olan yüklərin tibbi ləvazimat olduğu qeyd olunsa da, video görüntülərdə yüklərin böyük bağlamalardan ibarət olduğu görünür.
Məlumat üçün bildirək ki, Rusiyadan Ermənistana humanitar yardım adı altında silah daşınması ilə bağlı mətbuatda çoxsaylı məlumatlar yayılıb. Hətta Ermənistanın sabiq prezidenti Rober Koçaryanın yaxın ətrafı sosial şəbəkələrdə silah daşınmasında Koçaryanın da rolunun olduğunu bildiriblər.
Ermənistana Rusiyadan silah daşınmasını Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə mətbuatına verdiyi müsahibədə təsduqləyib. İlham Əliyevı deyib ki, Ermənistan bu yaxınlarda bir təyyarə satın alıb: “Bizdə olan məlumata görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu “İl-76” təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tank əleyhinə “Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada qaçaq yollarla alınmış raketlər göndərilir. Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Rəsmi Moskva tərəfindən də Rusiyanın Ermənistana silah göndərmədiyi barədə açıqlama verilib. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər”.

DİGƏR XƏBƏRLƏR

Top