Vyanadakı terror aktı zamanı iki gənc türk 3 nəfərin həyatını xilas edib


“Yaralı bir qadını təhlükəsiz yerə aparıb geri dönərkən hücumçularla qarşılaşdıq və ölümlə üz-üzə gəldik”.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, bu sözləri Vyanada sinaqoq yaxınlığında baş vermiş silahlı hücum vaxtı 3 nəfəri xilas edən türklər deyib. 1-i polis, 2-si qadın olmaqla 3 nəfərin həyatını xilas edən həmin şəxslərdən birinin adı Mikayıl Özen, digərininki isə Rəcəb Tayyib Gültekindir.
Vyana polisi silahlı hücumçulardan birinin saxlanıldığını, digərinin zərərsizləşdirildiyini bildirib. Avstriya Daxili İşlər naziri Karl Nehammer Vyanadakı silahlı hücumun terror aktı olduğunu vurğulayıb. Avstriya mətbuatı həyatını itirənlər arasında bir polis məmurunun olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş verən silahlı hücum nəticəsində 3 nəfərin öldüyü və 15 nəfərin ağır yaralandığı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top