Robert Koçaryana “COVİD-19”u kim yoluxdurub? - Ermənistan KİV-dən sensasiyalı xəbər


Ermənistanın “Joğovurd” qəzeti ölkənin ikinci prezidenti Rober Koçaryanın koronavirusa (COVİD-19) yoluxması ilə bağlı maraqlı iddia səsləndirib.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan 21 oktyabr tarixində bir araya gələrək Qarabağdakı hərbi əməliyyatları müzakirə ediblər. Onlar daha sonra işğal altında olan Qarbağdakı seperatçıların keçmiş başçıları – Arkadi Quqasyan və Bako Saakyanı baş nazir Nikol Paşinyanın yanına göndəriblər. Onlar Nikol Paşinyandan sabiq prezidentlərin Moskvaya gedərək Rusiya rəsmilərilə Qarabağ məsələsini müzakirə etməyə icazə verməsini istəyiblər. Bildirilir ki, Nikol Paşinyan onların bu istəyinə razılıq verib. Bundan sonra barəsində ev həbsilə bağlı məhkəmə qərarı olan Robert Koçaryana 7 noyabr tarixinə kimi ölkədən çıxmağa icazə verilib. Hətta Robert Koçaryanın pasportu da özünə geri qaytarılıb.
“Joğovurd” qəzeti yazır ki, Robert Koçaryan Moskvaya getməyə hazırlaşdığı zaman məlum olub ki, sabiq president koronavirusa yoluxub. Bildirilir ki, Koçaryanda koronavirusun heç bir əlaməti müşahidə olunmayıb və ölkədən çıxmaq üçün məcburi olan koronavirus testi verib. Testin nəticəsi müsbət olduğu üçün Koçaryan 14 gün ərzində karantində olacaq. Bu isə o deməkdir ki, sabiq prezident 14 gün ərzində ölkədən çıxa bilməyəcək.
Ermənistan mətbuatı yazır ki, Koçaryanın 14 günlük karantin müddəti noyabr ayının 7-də başa çatacaq və eyni zamanda bu tarix sabiq prezidentə ölkədən çıxmaq üçün verilən son tarixdir.
İddia olunur ki, Koçaryan ya bilərəkdən koronavirusa yoluxdurulub, ya da testin nəticələri dəyişdirilib. “Joğovurd” qəzeti Rober Koçaryana 7 noyabr tarixindən sonra yenidən icazə verilib-verilməyəcəyini araşdırmaq istəsə də, nə rəsmi qurumlardan, nə də sabiq prezidentin yaxınlarından açıqlama ala bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top