Aydanın dağıntılar altında əzilmədən necə qaldığı açıqlandı – Paltaryuyan maşın…


“Təbəssüm etdi, bizi gözləyirdi”.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu sözləri zəlzələ bölgəsində axtarış aparan işçilər deyib. Dağıntılar altından çıxarılan 4 yaşlı Ayda atasının harada olduğunu soruşub.
Ayda, Rza bəy binasının birinci mərtəbəsində, mətbəxdə tapılıb. Onun sağ qalmasına səbəb paltar yuyan maşının uşağın üzərinə yarıəyilmiş vəziyyətdə qalması olub. Beləcə kənar cisimlər azyaşların üzərinə düşməyib.
Qeyd edək ki, Ayda müalicə alması üçün Ege Universiteti Xəstəxanasına aparılıb. 4 yaşlı Aydanın anası Fidan Gəzginin axtarışları isə davam etdirilir.



 

DİGƏR XƏBƏRLƏR

Top