Şamaxı Xəstaxanasına yeni direktor təyin edildi


Şamaxı rayon Mərkəzi Xəstaxanasına yeni direktor təyin edilib. 

Yeniavaz.com xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının əmrinə əsasən, Ehtiram Feyzullah oğlu Rüstəm-zadə bu posta gətirilib.

Qeyd edək ki, Ehtiram Rüstəm-zadə müxtəlif illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında işləyib. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb. Həmçinin “İnteqrasiyalı İnkişaf Qrupu” İctimai Birliyinin sədridir.

DİGƏR XƏBƏRLƏR

Top