Kabil Universitetinə bombalı hücum nəticəsində ölənlərin sayı 19 olub


Əfqanıstanın paytaxtında yerləşən Kabil Universitetinə edilən bombalı və silahlı hücumda 19 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, məlumatı Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen verib. Sözçü bildirib ki, silahlı və bombalı hücumdan sonra hadisə yerinə gələn polis ilə hücumçular arasında qarşıdurma yaranıb. Hər 3 hücumçu zərərsizləşdirilib.  
Aryen, universitet ətrafında bütün yolların bağlandığını və tələbələrin hadisə yerindən evakuasiya olunduğunu bildirib. Hadisənin kim tərəfindən törədildiyi bəlli deyil.
Qeyd edək ki, hadisə baş verən an Kabil Universitetinin hüquq fakültəsində imtahan keçirildiyi və hücumun sözügedən şöbədə təşkil edildiyi bildirilir.
Bundan əlavə, hadisə baş verən vaxtlarda universitetdə bir çox yüksək vəzifəli şəxsin iştirakı ilə "Əfqanıstan-İran Dostluq Kitab Sərgisi"nin təşkil planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top