Dünyada COVID-19-a yoluxanların sayı 47 milyonu ötdü


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada yeni növ koroanvirusa yoluxanların sayı 47 milyon 327 min 309-a, ölənlərin sayı isə 1 milyon 211 min 425-ə çatıb. 34 milyon 36 min 312 nəfər isə müalicə alaraq sağalıb. 
Qeyd edək ki, dünyada yoluxma sayına ilk sırada ABŞ dayanır. Həmin ölkədə 9 milyon 567 min 543 nəfər koronavirusa yoluxub, 236 min 997 nəfər isə xəstəlikdən vəfat edib.
İkinci sırada Hindistandır. Orada bu günə qədər 8 milyon 267 min 623 nəfər koronavirusa yoluxub, 123 min 139 nəfər isə dünyasını dəyişib. 
Braziliya koronavirusa yoluxma hallarına görə dünya ölkələri arasında 3-cü sıradadır. Brazilyada 5 milyon 554 min 206 nəfər COVİD-19-a yoluxub, 160 min 272 nəfər isə ölüb. 

DİGƏR XƏBƏRLƏR

Top