Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət gərginləşir - VİDEO


Koronavirus infeksiyasına yoluxanların sayının əvvəlki aylarla müqayisədə dəfələrlə artması epidemioloji vəziyyəti daha da gərginləşdirir.

Yeniavaz.com Xəzər TV-yə istinadla xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi həyəcan təbili çalır.

Qurumun İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib ki, yay aylarında yoluxma sayında azalma olduğuna görə insanlarda arxayınlıq yarandı.

Üstəlik verilən tövsiyələrə, nəzərdə tutulan karantin qaydalarına əməl edilmədiyindən bu günlərdə yolxuma sayında ciddi artım müşahidə olunur. Virusa yoluxanların sayının artmasının başqa səbəbləri də var.

Bundan əlavə tibbi maskadan az istitfadə edilməsi və ya ümumiyyətlə istifadə edilməməsi, ara məsafəsinin gözlənilməməsi və gigiyena qaydalarının arxa plana keçməsi yoluxmanı artıran digər səbəblər sırasındadır.

Nəzrin Mustafayeva əlavə edib ki, nəzərdə tutulan qaydalara əməl edilmədikcə yoluxma sayı artacaq. Bununla da hazırda düşmənlə döyüş əməliyyatlarını icra edən hərbçilərimizin də həyatını təhlükəyə atmış olarıq.

Nəzrin Mustafayeva vurğulayıb ki, ön cəbhədə döyüşən hərbçilərə dəstək olmaq, onların sağlamlığına xələl gətirməmək üçün hər kəs özünü koronavirusdan qorumalıdır. Bu isə elə də çətin deyil.

DİGƏR XƏBƏRLƏR

Top