Hikmət Hacıyev: "Ermənistan fosfor silahından istifadə ilə bağlı geniş praktikaya sahibdir" - FOTO


Ermənistan silahlı qüvvələri 2016-cı ildə Aprel döyüşləri zamanı da fosfor mərmilərindən istifadə etmişdi.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
"Ermənistan fosfor silahından istifadə ilə bağlı geniş praktikaya sahibdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi".


DİGƏR XƏBƏRLƏR

Top