İranda son 24 saatda 440 nəfər koronavirusdan vəfat etdi


İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 440 nəfər COVİD-19-dan dünyasını dəyişib, 8 min 289 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, İranda koronavirusdan ölənlərin ümumi sayı 35 min 247-yə, yoluxanların sayı isə 628 min 708-ə çatıb. 491 min 247 nəfər isə müalicə alaraq sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top