Belarusda mitinqdə iştirak edən 300 nəfər saxlanılıb


Belarusda dünən keçirilən icazəsiz mitinqlərdə çox sayda etirazçılar polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat yayıb. O bildirib ki, icazəsiz mitinqdə iştirak edənlər polisə qarşı əldə hazırlanan partlayıcılardan istifadə ediblər. Mitinqdə iştirak edən təxminən 300 nəfər saxlanılaraq barələrində inzibati protokollar tərtib edilib.

DİGƏR XƏBƏRLƏR

Top