Rusiyanın Ermənistana hərbi yardımı ilə bağlı keçmiş vitse-spikerdən AÇIQLAMA - FAKT


Ermənistan parlamentinin keçmiş vitse-spikeri, hazırda Serj Sarkisyanın sədri olduğu Respublikaçılar Partiyasının rəsmisi Eduard Şarmazanov Rusiyanın bu ölkəyə etdiyi hərbi yardımlarla bağlı maraqlı paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, Eduard Şarmazanov “Facebook” sosial şəbəkəsində “Ermənilərin əsl silahdaşı böyük rus xalqıdır” yazıb.
Ermənistan parlamentinin keçmiş vitse-spikeri qeyd edib ki, Sorosdan (Soros fondunun rəhbəri Corc Soros) qrant alanlara deyin ki, sponsorlarınız nə keçmişdə, nə də bu günlərdə Ermənistana heç vaxt hərbi yardım etməyiblər: “Ruslara qarşı çıxışları və yazıları dayandırın”.
Məlumat üçün bildirək ki, Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsində Soros fondunun yardım etdiyi və Paşinyan tərəfdarlarının Soros tərəfindən maliyələşdirildiyi barədə müzakirələr aparılır.

DİGƏR XƏBƏRLƏR

Top