Gürcüstan parlamentinə 3 azərbaycanlı deputat seçilib


Gürcüstanda 10-cu çağırış parlament seçkilərində 3 azərbaycanlı deputat mandatı qazanıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasından olan Zaur Darğallı Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar qaydada, Savalan Mirzəyev isə proporsional qaydada (partiya siyahısı ilə) deputat mandatı əldə ediblər.
Digər namizəd Abdulla İsmayılov “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısı üzrə deputat mandatı qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top