Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayıb.
Sənəddə bildirilir ki, Azərbaycan-Ermənistan sərhədində iki nəfər Rusiya hərbçisinin ölməsi barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir və yalandır. Səfirlik kütləvi informasiya vasitələrini bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırıb”.