Məşhur şirkət Azərbaycanın etirazı nəticəsində geri addım atdı – FOTO


Məşhur “Johnson&Johnson” şirkəti işğal altında olan Dağlıq Qarabaqdakı separatçılara dəstək mesajını silib.

Yeniavaz.com xəbər verir ki, şirkətin rəsmi tvitter hesabında paylaşılan yeni mesajda ayrılan yardımların konflikt nəticəsində hər iki tərəfdən zərər çəkənlər üçün nəzərdə tutulduğu bildirilib:
Azərbaycan və Ermənistan arasında baş verən münaqişədə zərər görənlərə dəstək üçün ayrılan yardımlar hər iki tərəfə çatdırılması üçün Qırmızı Xaç cəmiyyətinə təhvil veriləcək".

Qeyd edək ki, şirkətin daha əvvəl tanınmamış qondarma respublikaya dəstək verməsi Azərbaycanda böyük etiraza səbəb olub, iri marketlər adıçəkilən şirkətə məxsus məhsulları satışdan yığışdırıb.

DİGƏR XƏBƏRLƏR

Top