Müdafiə Nazirliyi Azərbaycan ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızla bağlı videoçarx hazırlamağa davam edir.
Yeniavaz.com xəbər verir ki, budəfəki videoçarx leytenant Əliyev Nuhi Nazim oğluna həsr olunub.
Bildirilib ki, o, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə batareyanın baş zabiti olaraq verilən döyüş tapşırıqlarını vaxtında qəbul edib batareyalar arası koordinasiyaları düzgün və yüksək səviyyədə təşkil edib hədəflərin dəqiq atəşlə məhv edilməsində xüsusi şücaət göstərib.