“Johnson & Johnson” şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO


Məşhur “Johnson&Johnson” şirkəti işğal altında olan Dağlıq Qarabaqdakı separatçılara dəstək mesajı verib.
Yeniavaz.com xəbər verir ki, şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunur.
Mesajda bildirilir ki, “Artsax”da baş verən qarşıdurmalarda ziyan görənlərə dəstək üçün ayrılan yardımları Qırmızı Xaç cəmiyyətinə təhvil verəcəklər.
Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top