Ceyms Bond rolunu canlandıran məşhur aktyor Şon Konnori vəfat edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı aktyor 90 yaşında vəfat edib.
O "Agent 007" filmində oynadığı Ceyms Bond rolu ilə dünya şöhrəti qazanıb.
Şon Konnori aktyor karyerası ərzində “Oskar”, “Bafta” (iki dəfə) və “Qızıl qlobus” (üç dəfə) mükafatlarını qazanıb.