Qardaş ölkədə zəlzələdən ölənlərin sayı 92-ə çatıb – YENİLƏNİB

İzmirdə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 92 nəfərə çatıb. 

 

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Xəsarət alanların sayı isə 994 nəfər olub.

***


15:18
İzmirdə zəlzələdən ölənlərin sayı 85 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Bildirilib ki, yaralı sayı isə 994 nəfərdir. 

***11:57
İzmirdə zəlzələdən ölənlərin sayı 83 nəfərə çatıb.

Yeniavaz.com “CNN-Türk”ə istinadən xəbər verir ki, bu barədə Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum məlumat verib. Kurum, 106 nəfərin xəsarət alaraq dağıntılar altından çıxarıldığını açıqlayıb.


***09:24
İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib. Yaralı sayı isə 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.

İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.

Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.


*** 1 noyabr, 18:34
Türkiyənin İzmir şəhərində yeraltı təkanlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Qeyd olunub ki, hazırda 218 nəfərin müalicəsi davam edir.

*** 15:18
İzmirdəki zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

*** 11:15

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hazırda 214 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

***09:56
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə yüksəlib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xəsarət alanların sayı isə 896 nəfərə çatıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

***02:23

İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 39-a yüksəlib, 885 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


***20.00
İzmirdə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 35 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsinin davam etdirildiyini, üç nəfərin vəziyyəti ağır olduğunu qeyd edib.

***17:25
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.
Bu barədə Türkiyə KİV məlumat yayıb.


***15:45
Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların sayı da artaraq 885-ə yüksəlib.
Dağıntılar altından 100-dən çox insanın çıxarıldığı da qeyd olunub.
Qeyd edək ki, oktyabrın 31-də İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib. 
Zəlzələdən sonra bu gün məktəblərdə bir həftəlik tətil elan olunması ilə bağlı qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top