Paşinyan Rusiyanın Ermənistana yardım etməsi üçün Putinə məktub yazdı


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb.
Məlumatda qeyd olunur ki, Nikol Paşinyan Ermənistan sərhədinə yaxınlaşan döyüş əməliyyatları ilə bağlı “faktları” Rusiya prezidentinin diqqətinə çatdırıb.
Nikol Paşinyan Putindən Ermənistana göstərə biləcəyi yardım növünü təyin etmək üçün təcili məsləhətləşmələrə başlamağın vacibliyini vurğulayıb.
Ermənistanın baş naziri məktubunda Rusiya ilə imzalanan 29 avqust 2006-cı il tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin 2-ci maddəsini xatırladıb.

DİGƏR XƏBƏRLƏR

Top