Türkiyəli mütəxəssis: "35 atom bombası gücündə enerji boşaldı"


Türkiyəli mütəxəsis Əhməd Ərcan İzmir zəlzələsi barədə danışdı.
Yeniavaz.com
“Habertürk”ə istinadla xəbər verir ki, Ə.Ərcan İzmir zəlzələsinin dağıdıcı qüvvəsinin 9 olduğunu bildirib:
“Bu zəlzələnin dalğaları bir çox uzaq nöqtədə ciddi şəkildə hiss edildi. Hətta, Quşadasında sahilə vurdu, bu o deməkdir ki, sunami olub. Əvvəllər heç bir zəlzələdə bunu yaşamamışıq. 35 atom bombası gücündə enerji boşalıb”.
Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İzmir şəhərində güclü zəlzələ baş verib. Hadisə nəticəsində 24 nəfər dünyasını dəyişib, 804 nəfər isə xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top