Gürcüstanda sabah ilk dəfə proporsional təmsil sistemi ilə parlament seçkiləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, Gürcüstanda ümumilikdə 3 milyon 526 min 23 seçici 150 millət vəkilini seçmək üçün səs verəcək.
Qeyd edək ki, Gürcüstanın xaricdə 14 min 170, ölkə daxilində isə 3 milyon 511 min 853 olan seçicisi var. 1991-ci ildə Gürcüstanın müstəqilliyini bərpa etməsindən sonra seçicilər 9-cu dəfə parlament seçkilərində iştirak edəcəklər.