​İkinci Qarabağ müharibəsinin ilk xanım şəhidi ARƏSTƏ BAXIŞOVA – VİDEO


AzTV İkinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, sujetdə Arəstə Baxışovanın  yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olduğu bildirilib. 
Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib:
“Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Hərənin bir qisməti var. Əgər mən gedib, Vətən uğrunda şəhid olacamsa, o mənim başımın ucalığıdır”” O ölümdən qorxan qız deyildi”.
Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:
“Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim, cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax”.
Arəstənin 10 yaşlı qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib:
“Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, vətən uğrunda şəhid oldu”.
Sözügedən sujeti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top