Hikmət Hacıyev Fulya Öztürkə təşəkkür etdi – VİDEO


Hikmət Hacıyev ötən gün Bərdədə olarkən Ermənistan Silahlı Qüvvələri Gəncədə mülki əhalini atəşə tutan zaman hadisəni dünyaya anbaan çatdıran “CNN Türk” müxbiri Fulya Öztürkə də təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri onun təqdim etdiyi xəbərləri izləyərkən gözlərinin yaşardığını etiraf edib:
“Qəhrəmanlıq nümunəsi göstərirsiniz. Sizin verilişlərə baxanda adamın gözləri yaşarır. Sağ olun, var olun. Qəhrəmancasına vuruşursunuz, əsgərlərimiz ön cəbhədə, siz də bu cəbhədə. Azərbaycan xalqının haqq səsini dünyaya çatdırırsınız. Azərbaycanda sosial mediada qəhrəmana çevrilmisiniz”.
F. Öztürk də, H. Hacıyevə təşəkkür edib: “Həqiqətən də çox çətindir, amma biz hər zaman yanınızdayıq. Hər zaman dünyaya çatdıracağıq və buradakı hər şeyi deyəcəyik”. 
H. Hacıyev həmçinin Türkiyənin Cümhuriyyət Bayramını da təbrik edib.
Həmin anları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top