Peskov: "Charlie Hebdo" ölkəmizdə heç vaxt yayımlana bilməz


Kreml sözçüsü Dmitri Peskov Fransanın təxribatçı “Charlie Hebdo” jurnalı barədə danışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Peskov İslam dinini təhqir edən Fransanın “Charlie Hebdo” jurnalı barədə açıqlama verib. O juranlın Rusiyada heç vaxt yayımlanmayacağını bildirib:
“Rusiyanın qismən müsəlman ölkəsi olduğunu unutmayaq. “Charlie Hebdo” kimi bir jurnal ölkəmizdə heç vaxt yayımlana bilməz. Mövcud qanunlar da bunu göstərir. Rusiyada 20 milyon müsəlman yaşayır. Hakim din Xristiyanlıqdır ancaq, ölkəmizin bənzərsiz tərəfi çox millətli, çox dinli olmasıdır. Rusiyada bütün inanclı insanlar bir-birinə hörmət duyaraq yaşayırlar.

DİGƏR XƏBƏRLƏR

Top