"Həmin şəxs artıq cəhənnəmə yola salınıb" - Hikmət Hacıyev


“Bura Bərdənin mərkəzidir. Burada hər hansı hərbi obyekt yoxdur. Onların məqsədi mülki insanları hədəf almaqdır. Buna görə də kasetli bombalardan istifadə edirlər. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər? Məqsəd birdir. Lakin buna baxmayaraq xalqımız da birdir. Bərdədə, Gəncədə və Mingəçevirdə də baş verənləri gördünüz. Onlar düşünürlər ki, xalqımızı bununla qorxudacaqlar. Lakin, bu xalqımızı daha da möhkəmləndirdi. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib. 
H.Hacıyev bildirib ki, Qondarma rejiminin Müdafiə naziri olan həmin şəxs artıq cəhənnəmə yola salınıb və digərləri də öz cavablarını alacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top