Hikmət Hacıyev: "Bu dünya ilə Ermənistan arasında dağlar qədər fərq var"


“30 ildir ki, biz beynəlxalq təşkilatların səssizliyini görürük. Azərbaycan torpaqları işğal olundu, Xocalı hadisələri oldu, onda da gördük. 30 ildir susurlar, eşitmək istəmirlər, gözlərini bağlayırlar. Amma bu gün Azərbaycan Ordusu döyüş meydanında torpaqlarımızı işğaldan azad edir və bu hər birimizə qürur verir”. 
Yeniavaz.com
xəbbər verir ki, bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu gün burada bizim media ilə yanaşı Türkiyə mediası, Azərbaycanda akkreditasiya olunmuş beynəlxalaq təşkilatların mediası və diplomatlar var: “Səsimizi bütün dünyaya çatdırırlar və artıq bu cinayəti gizlədə bilməyəcəklər. Hər kəs Ermənistanın əsil simasını görür. Görürlər ki, bu dünya ilə Ermənistan arasında dağlar qədər fərq var. Ermənistan xalqı da görməlidir ki, onların başında olanlar bu kimi hadisələri törədirlər. Bu olanlar Xocalının təkrarıdır. Xocalıda əsgər olaraq insanlarımızı qətlə yetirdilər, indi də sıravi insanları”.

DİGƏR XƏBƏRLƏR

Top