Fransada bu tarixdən etibarən küçəyə çıxmaq qadağan ediləcək


Fransada COVID-19-un sürətlə artması səbəbi ilə 30 oktyabrdan 1 dekabra kimi bütün ölkədə küçəyə çıxmaq qadağası tətbiq olunacaq.
Yeniavaz.com “Hürriyet”ə istinadən xəbər verir ki, bu qadağanın qüvvəyə minəcəyini Fransa prezidenti Emmanuel Makron Elizey sarayından xalqa müraciəti vaxtı deyib.
Makron xalqa müraciətində, İspaniya və İrlandiya kimi ölkələrin vaxtında tədbir almasına baxmayaraq, onlarla eyni vəziyyətdə olduqlarını bilidirib. Makron həmçinin bildirib ki, pandemiyanın gedişatı hər 15 gündə bir qiymətləndiriləcək. Məqsəd günlük yoluxma sayını 5000-ə endirməkdir. Fransa prezidenti, ölkə üzrə həftə ərzində 1, 9 milyon COVID-19 testi edildiyini vurğulayıb.
Qeyd edək ki, Fransada barların, restoranlaınr, mağazaların bağlanacağı bildirilib. Qocalar evlərinə getmək üçün xüsusi icazə kağızı tələb olunacaq.
Onu da qeyd edək ki, artıq Fransanın 54 bölgəsində müəyyən saatlarda qadağalar tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Top