Tanınmış erməni biznesmen Paşinyana məktub yazdı – Hakimiyyəti Rusiyanın inandığı şəxsə təhvil ver


Rusiyada fəaliyyət göstərən erməni əsilli iş adamı, “Monarx” şirkətlər qrupunun rəhbəri Sergey Ambarçumyan Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlatıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, Sergey Ambarçumyan öz məktubunda Paşinyandan istefa verərək hakimiyyəti Rusiyaya yaxın olan bir şəxsə təhvil verməyini istəyib.
Sergey Ambarçumyanın Paşinyana ünvanladığı məktubda qeyd edib ki, 2018-ci ildə erməni xalqı əvvəlki hakimiyyətin dövründən daha yaxşı yaşayacaqlarına inandıqları üçün sizi hakimiyyətə gətirdilər: “Mən hakim deyiləm və son iki il yarımda baş verənlərə bir qiymət verməyəcəyəm, xalq daha sonra bir qiymət verəcək. Bütün insanlar indi demək olar ki, ümidsiz, mütləq böhran içində olduğumuzu görürlər və siz bunu inkar edə bilməzsiniz.  Bu vəziyyətdə yeganə doğru qərarınız, hakimiyyəti bu cür böhrandan bizi xilas etməyi bacaran və Rusiyanın mütləq inamını qazanan bir insana ötürməyiniz olar”.
Erməni iş adamı daha sonra qeyd edib ki, Rusiya olmasa problem həll olunmayacaq: “Ermənistan indiki şəraitdə üzləşdiyi problemləri həll edə bilməyəcək. Belə bir kritik vəziyyətdə hakimiyyəti milləti birləşdirəcək liderə təhvil vermək məcburiyyətindəsiniz”.
Məlumat üçün bildirək ki, Sergey Ambarçumyan Rusiyanın ən varlı şəxslərindən biridir. Ambarçumyanın şirkəti Rusiyada dövlət tenderlərini udan əsas şirkətlərdən biri hesab olunur. Sergey Ambarçumyan əsasən Moskva meriyasının və Rusiya Vergi Xidmətinin keçirdiyi tenderlərin qalibi olub. “Monarx” şirkətlər qrupu il ərzində bu qurumlardan 20-30 milyard rubl dəyərində sifarişlər alır.

DİGƏR XƏBƏRLƏR

Top