Ermənilər Türkiyə ilə bağlı bu dəfə İlon Maska müraciət etdi


Ermənilər məşhur “Tesla” şirkətinin qurucusu İlon Maska müraciət ünvanlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İlon Mask 30 noyabrda Türkiyənin TURKSAT 5A adlı  peykini kosmosa göndərəcək. Dünyanın bir çox yerində təxribatlar törədən ermənilər bu dəfə “SpaceX və Türkiyə arasında imzalanmış bu razılaşmanı hədəf alıb. Belə ki, yüzlərlə erməni elektron poçt vasitəsilə İlon Maska müraciət ünvanlayaraq bu prosesi ləğv etməsini istəyiblər.
Qeyd edək ki, İlon Musk 9 noyabr 2017-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşmək üçün Ankaraya gəlmişdi.
 
 

DİGƏR XƏBƏRLƏR

Top