Ərdoğan Qarabağ barədə: “Qırmızı xəttimiz aşılsa atamızın oğlu belə olsa, gözümüz görməz”


“Qırmızı xətt aşılarsa, gözümüz atamızın oğlunu belə olsa, görməz ”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr Türkiyənin “Cumhuriyyət bayram”ı üçün təşkil olunmuş çıxışında qeyd edib. O, bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan məsələsini geniş şəkildə danışıb:
“Putinlə prosesi ətraflı müzakirə etdik. Bu işi Qafqazda dayandıraq dedik. Bunu birlikdə həll edə bilərik. Siz Paşinyanla görüşlər keçirin, mən qardaşım İlhamla görüşəcəm və gəlin gözəl bir şəkildə məsələni həll edək dedim. Ancaq, qırmızı xəttimiz aşılarsa heç kəs inciməsin atamızın oğlu olsa gözümüz görməz”.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top