Müdafiə Nazirliyi: Düşmən bu üsulla Bərdədə törətdiyi hərbi cinayətdən diqqəti yayındırmağa çalışır


Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

DİGƏR XƏBƏRLƏR

Top