
Bərdə şəhərinə Ermənistan silahlı qüvvələrin hücumu zamanı hədəf alınmış yerlər bəlli olub.
Yeniavaz.com oxu.az-a istinadla verir ki, Bərdə Şəhər Mərkəzi Xəstəxanası, Şəhər Poliklinikası, Yanğınsöndürmə Xidməti, Diaqnostika Mərkəzi, doqquzmərtəbəli yaşayış binası və şəhərin “Təzə Bazar” adlanan ərazisi düşmənin əsas hədəfi olub.
İlkin məlumata görə, şəhərə bir neçə raket atılıb.
Hadisə nəticəsində 19 nəfər həyatını itirib, 60-a yaxın yaralı var.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                