Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır


“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün  lövhələr asılıb.
Yeniavaz.com
xəbər verir ki, şəhərin mərkəzində yerləşən binalardan asılan lövhələrdə  böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.
Qeyd edək ki, lövhələrdən biri Vellinqton şəhərinin mərkəzində, əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və parlamentə gedən yolun kənarındakı (190  Thorndon Quay Pipitea ünvanı)  binadan asılıb.

DİGƏR XƏBƏRLƏR

Top