Edinburqda Gəncədə törədilmiş terrora etiraz edildi


Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.
Yeniavaz.com
xəbər verir ki, aksiya iştirakçıları tərəfindən Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terror aktı tənqid edilib.
Aksiya iştirakçılarının əllərində “Ədalət yoxdursa, sülh də yoxdur”, “Qarabağ Azərbaycandır!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun!”, “İşğalçı dövləti dəstəkləməyin” kimi müxtəlif şüarlar yazılan lövhələr olub. Bununla onlar şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.


 

DİGƏR XƏBƏRLƏR

Top