Milli Qəhrəmanın oğlu: “İstəyi o idi ki, Qubadlıda şəhid olsun” – VİDEO


“Onun da istəyi o idi ki, Qubadlıda şəhid olsun”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri şəhid Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli atası barədə xatirələrini danışarkən deyib.
“Öz xalqı üçün çox çalışırdı. Onun da istəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə nail oldu. Arzu edirik ki, bütün torpaqlarımızın və atamızın, şəhidlərin qanı yerə qalmasın” – deyə, o bildirib.

Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov oktyabr ayının 23-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top