NASA-dan tarixi kəşf - Ayın Günəş altında olan səthində su tapıldı


NASA Ayın Günəş altında olan səthində ilk dəfə su tapıldığını elan edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın yazılı açıqlamasında məlumat verilib.
Bu kəşfin, suyun ay səthinə səpələndiyini, soyuq və kölgəli yerlərlə məhdudlaşmadığının göstəricisi olduğu deyilib.
Merilenddə yerləşən “Goddard Space” uçuş mərkəzinin işçiləri, ayın səthində hidroksil (OH) əvəzinə su buzunun (H2O) olduğunu təsdiqləyib. Qrup, kəşflərini suya xas spektral izi aşkarlamaq və atmosferə daha aydın baxmaq üçün təyyarəyə quraşdırılmış SOFIA teleskopu vasitəsi ilə həyata keçirib.
Kolorado Universitetinin Astrofizika bölməsinin professoru Paul Hayne və qrupu, buz kütlələrinin Ay səthinin təxminən 40.000 kvadrat kilometrini və ya 0,1 faizini tutduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top