Hərbçiyə xəyallarındakı “Mercedes”i alan Novruzi onunla görüşdü - FOTO


Hadrutda “o maşın xəyalım olub” deyən hərbçiyə “Mercedes” hədiyyə alan tanınmış iş adamı Fərid Novruzi həmin hərbçiylə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fərid Novruzi “facebook” hesabında bildirib.
Onun sözlərinə görə, hərbçi döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıdıb: “Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı. Dünən səhər, “facebook”da bir izləyicim, əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə “hospital”da gördüyünü yazdı və onun kontaktlarını göndərdi və əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igid ilə qürur duydum. Qərar aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa yaxşıdı? Qardaş dedi ki, - Şəhərə gəlirəm, axşam görüşə bilərik. Elə xoşbəxt idim ki, elə sevinirdim ki, və Əlhəmdülillah dünən axşam bir araya gəldik. Hadrut hekayəsini danışdı, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamsını mənimlə bölüşdü”.
Novruzi hərbçinin ona danışdığı əhvalatı da izləyiciləri ilə bölüşüb:
“Döyüş vaxtı ayağından güllə yarası alanda digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər öz üzərində aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və əsasda özünü qoru, zarafatla da əlavə edib ki, unutma, səni iki qapılı maşın gözləyir”.

DİGƏR XƏBƏRLƏR

Top