Sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu əks etdirən daha bir video yayılıb.
Yeniavaz.com "Caliber"ə istinadən döyüşmək istəməyən, əmrə tabe olmayıb fərarilik edən erməni əsgərlərinin komandirləri ilə dialoqu təqdim edir:
- Biz 10 gündür ki, buraya gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.
- Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.
- Bilmirik nə edək.
- Qaçanda bilməzsiz də!
- Silah atəş açmır!
- Ver bura! Baxım görüm! Silah atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Sən ki, palçığın içində vuruşursan! (silahdan atəş açır) Bəs indi niyə atəş açdı?! Al tut! (silahı verir) Qabağı çıxın! İndi mənimlə birlikdə vuruşmağa gedəcəksiniz!
- Mən irəli getməyəcəyəm!
- Bunun üzünü çəkin! Bunun üzünü göstər.
- Çək! Çək! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.
- Bəs ayağınızda nədir?!
- Mənim varımdı. Başqalarında yoxdur?!
- Kimdə yoxdur?!
- "Buşlat" yoxdur, hər şey nəm, palçığın içindədirlər.
- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə qaçır!
- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqını satıblar!
- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəyəm. Bu sözləri deyən, danışan Razdan sakinidir.
- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!
- Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Bu Yayloyandır. Baxın, erməni milləti, sənin müdafiəçilərin neçə qaçır!