Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA


“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Nəticədə yanğın olub. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur”, - o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top