Küveyt milli komandası Ermənistana gəlməkdən imtina edib


Futbol üzrə Küveyt milli komandası noyabr ayının 11-də Ermənistan milli komandası ilə nəzərdə tutulan oyundan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ermənistan Futbol Federasiyasından açıqlanıb.
Məlumatda iddia olunur ki, Küveyt Futbol Assosiasiyası Küveytdə COVID-19 pandemiyası ilə bağlı vəziyyətinin kəskinləşməsini nəzərə alaraq Ermənistan Futbol Federasiyasına rəsmi bir məktub göndərərək 11 noyabrda keçirilməsi planlaşdırılan Ermənistan-Küveyt oyununu ləğv edilməsini xahiş edib.
Qeyd edək ki, işğal altında olan Qarabağda aparılan hərbi əməliyyatlar səbəbindən Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcra Komitəsi klub və yığmaların qarşılaşmalarının Azərbaycan və Ermənistanda keçirilməsin qadağan edib.

DİGƏR XƏBƏRLƏR

Top