İlham Əliyev: "Əgər bizə qarşı kənardan aqressiya olarsa, F-16-ları görəcəklər"


"Bir aya yaxındır ki, mən müsahibə verirəm mənə sual verirlər ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam". 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev xalqa müraciəti zamanı deyib o bildirib ki, F-16 təyyarələrini Türkiyə mənəvi dəstək olmaq üçün Azərbaycanda saxlayıb:
"Peykiniz var gedin açın peykdən baxın da, görmürsüz nə edir? Gedin baxın da F-16-lar nə edir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib, müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız bizə mənəvi dəstək vermək üçün onları saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa o F-16-ları görəcəklər onlar". 

DİGƏR XƏBƏRLƏR

Top