Hikmət Hacıyev: “15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətidir" - FOTO

Cəbhədə erməni yeniyetmənin döyüş topunu işə salması ilə bağlı yayılan videoya Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, H.Hacıyev bunu müharibə cinayəti adlandırıb: “15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur”. 

Hikmət Hacıyev paylaşımda UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsini də işarəliyib.

DİGƏR XƏBƏRLƏR

Top