İş adamı "ikiqapılı mercedes xəyalım idi" deyən əsgərə maşın aldı - FOTO


Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra hərbçilərimizdən biri qəsəbədə olarkən "gəl o iki qapılı mersedesi aparaq, uşaqlıq xəyalım olub mənim"
 deməsi ilə bağlı video yayımlandı.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə qəsəbəyə daxil olan zaman hərbçilərimizdən biri ermənilərin tərk etdiyi avtomobilli göstərərək "gəl o iki qapılı mersedesi aparaq, uşaqlıq xəyalım olub mənim" deməsi əks olunur.
Bu fikirlərdən sonra Farid Novruzi adlı azərbaycanlı iş adamı həmin hərbçimizə ikiqapılı "Mercedes" avtomobili alıb. Bununla bağlı iş adamı özünün "Facebook" hesabından paylaşım edərək bunları yazıb: "Əziz dostlar, sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı "Mersedes" markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bölgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ-salamat evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!".

DİGƏR XƏBƏRLƏR

Top