Deputat: "Yaxın zamanda həmin ərazilərdən yeni xoş xəbərləri alacağıq"


"Müdafiə Nazirliyinin məlumatına görə, rəşadətli ordumuz düşmənin bir neçə dayaq məntəqəsi dağıdıb, vacib ərazi və yüksəklikləri işğaldan azad edib. İntensiv döyüşlərin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində getdiyini nəzərə alsaq bu o deməkdir ki, yaxın zamanda həmin ərazilərdən yeni xoş xəbərləri alacağıq".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Qarabağda soyuq havalar noyabr ayından müşahidə edilir və bu baxımdan ordumuzun vacib yüksəklikləri azad etməsi növbəti mərhələdə döyüş şəraitinə tam nəzarə etməyimiz baxımdan çox vacibdir: "Şanlı ordumuzun irəlilədiyini, işğalçı ordu arasında fərarililiyin kəskin artıdığını nəzərə alsaq Böyük Qələbəyə hər gün daha da yaxınlaşdığımızı söyləmək olar.
Qarabağ Azərbaycandır!"

DİGƏR XƏBƏRLƏR

Top